Banner

Ər-Riyadda ardıcıl PARTLAYIŞLAR

Hadisə 25 Oktyabr 2026 14:43
Ər-Riyadda ardıcıl PARTLAYIŞLAR
WhatsApp kanalımıza abunə olun

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində bir neçə partlayış səsi eşidilib.

Avtosfer.az "Agence France-Presse" agentliyinə istinadən xəbər verir ki, şəhərdə azı üç partlayış qeydə alınıb.

Ərəb koalisiyasının rəsmi nümayəndəsi Turki əl-Maliki bildirib ki, alyans qüvvələri Yəməndəki qiyamçı "Ənsar Allah" (husilər) hərəkatı tərəfindən Ər-Riyad istiqamətində atılmış ballistik raketi aşkarlayaraq zərərsizləşdiriblər.

Məlumata görə, zərərsizləşdirilən raket koalisiya qüvvələri tərəfindən gecə ərzində vurulan azı üçüncü hava hədəfi olub.

Oxunub : 84
ŞƏRH YAZ
Ad

E-mail

Şərh