Ermənistandan gətirilən 18 milyon dollarlıq narkotik aşkarlanıb

Ermənistandan Gürcüstana 103 kiloqram metamfetamin gətirilib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Prokurorluğu məlumat yayıb. Bildirilib ki, 30 milyon lari (təxminən 18.6 milyon AZN) dəyərində narkotik müsadirə olunub. Gürcüstan Daxili İşlər Nazirliyi tərəfindən aparılan araşdırma nəticəsində təqsirləndirilən şəxsin əvvəlcədən naməlum şəxslərlə əlbir olaraq narkotik vasitəni tranzit məqsədilə daşımağa cəhd etdiyi müəyyən edilib. İstintaqla məlum olub ki, həmin şəxs şirkətinə məxsus yük avtomobilini Ermənistana göndərərək narkotik maddəni "kaustik soda" adı altında qoşquya yükləyib. Aprelin 28-də yük maşını Sadaxlı sərhəd-keçid məntəqəsi vasitəsilə Gürcüstana daxil olub. Saxlanılan şəxs Gürcüstan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə – külli miqdarda narkotik vasitələrin qanunsuz alınması, saxlanması və ölkəyə idxalı ittihamı ilə məsuliyyətə cəlb olunub. Bu əməllərə görə 20 ilədək azadlıqdan məhrumetmə və ya ömürlük həbs cəzası nəzərdə tutulur.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












