Əsəbi yeznə avtomobillə baldızını əzdi – ANBAAN VİDEO

Türkiyənin paytaxtı Ankarada dəhşətli hadisə baş verib.
Avtosfer.az xəbər verir ki, bir nəfər qohumları ilə mübahisə etdikdən sonra avtomobilini onların üstünə sürüb. Hadisə şahidlərinin bildirdiyinə görə, kürəkən qonaq getdikləri evdə yaranan mübahisədən sonra avtomobilə əyləşərək maşını qohumlarının üstünə sürüb, öz baldızını əzib.
Hadisə nəticəsində qadınlardan biri avtomobilin altında qalıb. Ətrafda olan vətəndaşlar dərhal köməyə gələrək maşını əlləri ilə qaldırıb qadını xilas ediblər. Ağır xəsarətlər alan qadın xəstəxanaya yerləşdirilib və hazırda reanimasiya şöbəsində həyat mübarizəsi aparır.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır. Ailədaxili mübahisənin səbəbləri və təqsirli şəxsin motivləri müəyyənləşdirilir. Şahidlərin sözlərinə görə, hadisə anidən baş verib və sürücünün məqsədli şəkildə avtomobili insanların üzərinə sürdüyü ehtimal edilir.
Eltac Zülfüqaroğlu
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












