Fatiməni qətlə yetirən şəxs Türkiyədə saxlanıldı

Gürcüstanda azərbaycanlı Fatimə Kərimovanı qətlə yetirməkdə təqsirləndirilən Ağcabədi rayon sakini Emin Əliyev saxlanılıb. Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, qətl hadisəsindən sonra Gürcüstan daxili işlər orqanları E.Əliyev barəsində axtarış elan edib. E.Əliyev Türkiyə hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılıb. Məlumata görə, hazırda onun Gürcüstana təhvil verilməsi ilə bağlı işlər aparılır.
Qeyd edək ki, Ağcabədi rayon sakini F.Kərimova sevgilisi Kənan Əliyevlə birlikdə Gürcüstana qaçıb. Daha sonra Kənan Əliyev F.Kərimovanın pasportunu cırıb atıb, onun Azərbaycana qayıtmasına mane olub. K.Əliyev hadisədən sonra Azərbaycana qayıdıb. Ölkəsinə qayıda bilməyən F.Kərimova isə Azərbaycanda olan əmisi oğlu E.Əliyevdən kömək istəyib. E.Əliyev Gürcüstana gedərək F.Kərimovu boğaraq qətlə yetirib. O, daha sonra Gürcüstandan Türkiyəyə qaçıb.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












