Gəlinini bıçaqlamaqda təqsirləndirilən 72 yaşlı kişi təcridxanada öldü

Ağdaş rayonunda gəlininin evinə qanunsuz basqın etməklə onu bıçaqlamaqda təqsirləndirilərək həbs edilən 72 yaşlı kişi istintaq təcridxanasında ölüb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, 1954-cü il təvəllüdlü Xanbala Ağayev saxlanıldığı təcridxanasında dünyasını dəyişib. Onun meyiti ailə üzvlərinə təhvil verilib.
Xatırladaq ki, Ağdaş rayon sakini X.Ağayevin oğlu ötən il yol-nəqliyyat hadisəsi zamanı həlak olub. Hadisədən sonra onun gəlini X.Ağayevin evindən çıxaraq ayrı yaşamağa başlayıb. X.Ağayev gəlinin ünvanını öyrənərək həmin mənzilə qanunsuz daxil olaraq onu öldürməyə cəhd edib. O, gəlininə bir neçə bıçaq zərbəsi endirib. Səsə X.Ağayevin qardaşı oğlu İslam Ağayev gələrək X.Ağayevin cinayəti başa çatdırmasına mane olub.
Yaralı xəstəxanaya çatdırılıb və həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən X.Ağayev saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanılıb, X.Ağayev istintaq təcridxanasında ölüb.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












