Gəncədə Kukla Teatrının mühafizəçisi bıçaqlandı - YENİLƏNİB

Gəncə Dövlət Kukla Teatrının qarşısında bıçaqlanan teatr mühafizəçisinin son vəziyyəti məlum olub.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib:
KriminalGəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan şübhəli bilinir
"Oktyabrın 17-də saat 19:30-da 1976-cı il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Döş qəfəsinin və qarın boşluğunun kəsilmiş, deşilmiş yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir".
Qeyd edək ki, ilkin məlumata görə, hadisəni 15 yaşlı yeniyetmənin törətdiyi ehtimal olunur. Hazırda şübhəli şəxsin saxlanılması istiqamətində polis tərəfindən müvafiq tədbirlər görülür./oxu.az
***17 oktyabr, 21:45
Gəncə Dövlət Kukla Teatrının qarşısında bıçaqlanma hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, 1976-cı il təvəllüdlü Zaur Mustafayev bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Onun teatrda mühafizəçi işlədiyi bildirilir. İlkin məlumata görə, hadisəni 15 yaşlı yeniyetmənin törətdiyi ehtimal olunur.
Hazırda şübhəli şəxsin saxlanılması istiqamətində polis tərəfindən müvafiq tədbirlər görülür.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












