Gəncədə sərxoş kişi mağazaya silahlı baqsın edib

Gəncədə sərxoş şəxs ərzaq mağazasına silahlı basqın edib. Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Ağayev (soyadı şərtidir) sərxoş vəziyyətdə mağazaya gələrək, oradan spirtli içki götürüb və kassaya yaxınlaşıb. Həmin vaxt kassada satıcı olmayıb. Anar kassanın açıq olduğunu görüb, oradan 2 200 manatı götürərək qaçıb. Bundan xəbər tutan satıcılar onun arxasınca qaçarkən Anar cibindən bıçağı çıxararaq onlara hücum edib. Hadisə yerinə gələn mağaza müdiri satıcılara yerdən daş götürərək Anara hücum etmələrini tapşırıb. Satıcılardan biri daşla Anarı vurub. Anar zərbənin təsirindən yıxılıb və mağaza müdirindən üzr istəyərək oğurladığı pulları ona verib. Hadisə yerinə polis əməkdaşları gəliblər və Anar Ağayev saxlanılıb. Faktla bağlı cinayət işi bağlanıb və onun barəsində həbs qətimkan tədbiri seçilib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Ağayev 8 il 7 ay müddətinə azadlıqdan məhrum edilib.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












