Banner

Gömrükdə mobil telefon əməliyyatı: Yüzlərlə cihaz ələ keçdi

Hadisə 3 Noyabr 2026 11:06
Gömrükdə mobil telefon əməliyyatı: Yüzlərlə cihaz ələ keçdi
WhatsApp kanalımıza abunə olun

Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində mobil telefonların bəyan olunmadan gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

İdarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına gələn nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Gömrük baxışı zamanı nəqliyyat vasitəsinin dartıcı hissəsində gizlədilən, gömrük orqanına bəyan edilməyən 433 ədəd mobil telefon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Oxunub : 68
ŞƏRH YAZ
Ad

E-mail

Şərh