Göyçayda Şirvan kanalının yarılması ilə bağlı son vəziyyət açıqlandı - VİDEO - YENİLƏNİB

Göyçay rayonunda Şirvan kanalının yarılması nəticəsində yaranmış fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, Yuxarı Şirvan kanalının həmin hissəsində suyun səviyyəsi azaldılıb, bənd möhkəmləndirilib və su axınının qarşısı alınıb.
Bildirilib ki, hazırda kanalın sahilində son bərkitmə işləri aparılır.
***
Göyçay rayonunda Şirvan suvarma kanalı yarılıb.
Hadisə rayonun Şəhadət-Qarabağlar kəndi ərazisindən keçən hissədə baş verib. Kanalın yarılması nəticəsində su yaxınlıqdakı, yerli sakinlərin "qobu" adlandırdığı dərin çökəkliyə axıb.
Aidiyyəti qurumdan bildirilib ki, sızma dəliyi qısa müddətdə təxminən 10 metrədək genişlənib.
"64 yaşım var, indiyə qədər bu kanalın yarıldığını nə görmüşəm, nə də eşitmişəm. Texnikalar gətirildi, kanalın suyu azaldıldı. Əgər vaxtında qarşısı alınmasaydı, kənd su altında qala bilərdi", - deyə sakinlərdən biri qeyd edib.
Şirvan Suvarma İstismarı İdarəsinin rəisi Əliqulu Abbasovun sözlərinə görə, hadisə köhnə çay yatağı üzərində inşa olunmuş hissədə torpaq qatından başlayan sızma nəticəsində baş verib:
"Kanalda suyun səviyyəsi azaldılıb, əraziyə canlı qüvvə və texnika cəlb olunub. Hazırda bərpa işləri aparılır. Axan su köhnə kollektor istiqamətinə yönləndirilib və əhali üçün hər hansı təhlükə yoxdur".
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












