Gürcüstanda 23 yaşlı azərbaycanlı qadın əməliyyatdan sonra öldü

Gürcüstanda 23 yaşlı azərbaycanlı qadın əməliyyatdan sonra ölüb.
Avtosfer.az aktual.ge-yə istinadən xəbər verir ki, onun vəziyyəti Tbilisidə Urologiya Milli Mərkəzində pisləşib.
Mərhumun yaxınları ölüm hadisəsində əməliyyatı aparan həkimini günahlandırırlar.
"Gülə-gülə, zarafatla, yaxşı əhvali-ruhiyyədə xəstəxanaya gəldi, əməliyyat olundu və ertəsi gün vəfat etdi. Demişdim ki, əgər lazerlə əməliyyat risklidirsə, onda adi əməliyyat edək. Dedilər yox, heç nə olmayacaq, hər şey normal olacaq. Əgər hər şey qaydasında idisə, niyə öldü?!", - deyə mərhumun ailə üzvü bildirib.
Urologiya mərkəzindən də baş verən hadisəyə münasibət bildirilib:
"Gənc qadında sidik daşı olduğuna görə, daşın çıxarılması məqsədilə endoskopik əməliyyat aparıldı. Əməliyyatı mərkəzimizin aparıcı mütəxəssisi həyata keçirdi. Belə əməliyyatlar ildə azı 400 dəfə edilir, həmin gün də səhv etmirəmsə, üç əməliyyat aparılmışdı. Əməliyyat günü qanaxma olmayıb, lakin ertəsi gün hemolitik sindrom inkişaf edib. Bu, böyrək və qaraciyərin kəskin çatışmazlığı ilə özünü göstərib. Buna görə də xəstənin başqa klinikaya köçürülməsinə qərar verilib. Bu çox nadir ağırlaşmanın niyə baş verdiyinin dəqiq etioloji səbəbi bizə məlum deyil. Biz məsuliyyətdən yayınmırıq, ekspertiza rəyini gözləyirik".
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












