Gürcüstanda 27 yaşlı Sahibi öldürən - Türkiyə sərhədində saxlanıldı

Marneuli bazarında 27 yaşlı Sahib Bayramovu güllələyərək öldürməkdə şübhəli bilinən şəxs Türkiyə ərazisinə keçməyə çalışarkən saxlanılıb.
Avtosfer.az “24News.ge” saytına istinadən xəbər verir ki, Gürcüstanın Kvemo Kartli və Türkiyənin Artvin vilayətlərinin polis departamentləri məsələ ilə bağlı birgə əməliyyat keçiriblər.
Bildirilib ki, görülən birgə tədbirlər çərçivəsində cinayəti törətməkdə şübhəli bilinən 2002-ci il təvəllüdlü şəxs qəsdən adam öldürməyə cəhd, eləcə də odlu silahın qanunsuz əldə edilməsi, saxlanılması və daşınması ittihamı ilə “Kartsaxi” sərhəd sektorunun ərazisində saxlanılıb.
İstintaq məlumatına görə, saxlanılan şəxs Marneuli şəhərində yerləşən zərgərlik mağazalarının birində odlu silahdan atəş açaraq ata və oğulu yaralayıb. Şübhəli şəxs hadisə yerindən qaçıb. Yaralılar dərhal tibb müəssisəsinə yerləşdirilsələr də, ağır yaralanan 27 yaşlı Sahib Bayramov aldığı güllə yarası nəticəsində vəfat edib. Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi operativ-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində şübhəlinin şəxsiyyəti müəyyən edilib.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 19-109-cu (qəsdən adam öldürməyə cəhd) və 236-cı (odlu silahın qanunsuz dövriyyəsi) maddələri üzrə cinayət işi açılıb. Həmin maddələr 20 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












