Gürcüstanda bir neçə gün əvvəl toyu olan azərbaycanlı ÖLDÜRÜLDÜ: Saxlanılan var - FOTO - VİDEO

Aprelin 2-də Gürcüstanın Marneuli rayonunda Ümid Bayramovu öldürməkdə şübhəli bilinən, əvvəllər müxtəlif cinayət əməllərinə görə məhkumluğu olan 2004-cü il təvəllüdlü şəxs saxlanılıb.
Avtosfer.az məlumat verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Araşdırmalar zamanı aydın olub ki, Marneulidə baş verən davada təqsirləndirilən şəxs 2005-ci il təvəllüdlü Ümid Bayramovun boğazına bıçaqla zərbə endirərək ərazidən uzaqlaşıb. Təcili olaraq xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində cinayət törətməkdə şübhəli bilinən şəxs qısa müddət sonra saxlanılıb. Gürcüstanda hadisə ilə bağlı cinayət işi açılıb, onu Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə 15 ilə qədər azadlıqdan məhrum etmə cəzası gözləyir.
Qeyd edək ki, Ü.Bayramovun bir neçə gün əvvəl toyu olub.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












