Hakerlər Maliyyə Nazirliyinə kiberhücum ediblər

Çin hökuməti ilə əlaqəli hakerlər ABŞ Maliyyə Nazirliyinin sanksiyaların tətbiqinə görə məsul olan Xarici Aktivlərə Nəzarət İdarəsinə (OFAC) və maliyyə naziri Canet Yellenin ofisinə kiberhücum ediblər. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.
Məlumata görə, Pekin Vaşinqtonun yeni sanksiyalar üçün potensial hədəf olaraq kimi nəzərdən keçirdiyi barədə məlumat əldə edə bilib.
"Rəsmilər bildiriblər ki, OFAC-a və maliyyə nazirinin ofisinə edilən hücum Pekinin hakimiyyət və nüfuz uğrunda mübarizədə ən önəmli rəqibi haqqında kəşfiyyat məlumatları əldə etmək qətiyyətini əks etdirir", - nəşr yazır.
Nəşrin müsahiblərinin sözlərinə görə, hətta məxfi olmayan sənədlərə çıxış əldə etmək Çin üçün əvvəlki kimi faydalı ola bilər. Onlar qeyd ediblər ki, idarəyə edilən haker hücumu ilə Çin Amerika hökuməti daxilində sanksiyalarla bağlı aparılan müzakirələr haqqında məlumat əldə edə bilər. “The Washington Post” vurğulayır ki, sanksiyalar tətbiq edilməzdən əvvəl OFAC bu və ya digər şəxslər barədə toplanmış sübutların onların sanksiya siyahısına daxil edilmə meyarlarına uyğun olub-olmaması ilə bağlı qeydlər aparır.
Dörd keçmiş rəsmi qəzetə bildirib ki, belə fayllar həm açıq mənbələrdən olan məlumatları, həm də Amerika qurumlarından və ya xarici tərəfdaşlardan alınan məxfi materialları əhatə edə bilər. Dövlət sirri təşkil edən sənədlər ayrıca saxlanılsa da, hətta məxfi olmayan materiallar da ABŞ-nin sanksiya rejimini necə genişləndirməyi planlaşdırdığını və kimləri potensial hədəf kimi nəzərdən keçirdiyini aşkara çıxara bilər.
Bu həftənin əvvəlində “The New York Times” qəzeti məlumat vermişdi ki, ABŞ Maliyyə Nazirliyi Konqresə Çin hökuməti ilə əlaqəli ola biləcəyi iddia edilən hakerlərin nazirliyin elektron sistemlərinə kiberhücum etməsi barədə məlumat verib.
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO












