Hakimin öldüyü hadisədə həmin əməkdaş günahkar bilindi - Cəza verildi

Ötən ilin yanvarında Qax rayonunun Qaxbaş kəndində rayon məhkəməsinin hakimi Taleh Kərimovun öldüyü hadisə ilə bağlı cinayət işi başlanıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, 36 yaşlı hakimin dəm qazından ölümünə görə “Azəriqaz”ın Qax rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinin 5-ci dərəcəli qaz təsərrüfatının nəzarətçisi vəzifəsində çalışan çilingər C.Bayramov məsuliyyətə cəlb edilib.
Belə ki, onun xidmət ərazisində yerləşən və hakim T.Kərimovun kirayə yaşadığı mənzildə kombi aparatının hamam otağında quraşdırıldığı məlum olub. Hadisədən bir müddət əvvəl çilingər oraya baxış keçirsə də, kombinin hamamda yerləşdirilməsini nöqsan kimi aktlaşdırmayıb.
Bu səbəbdən ona Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq – ölümlə nəticələndikdə) maddəsi ilə iş açılıb.
66 yaşlı C.Bayramov ifadəsində bildirib ki, mənzilə mərhum hakimin özü ilə baxış keçirib və həmin vaxt kombinin hamamda yerləşdirilməsinin qaydalara uyğun olmaması barədə şifahi xəbərdarlıq edib. Lakin bu nöqsanı sənədləşdirməyib.
Qax Rayon Məhkəməsinin hökmü ilə çilingərə 2 il azadlığın məhdudlaşdırılması cəzası verilib. Onun üzərinə elektron qolbaq yerləşdirilib və bir sıra hüquqları məhdudlaşdırılıb.
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO













