“Hamı belə faciələrdən dərs götürməlidir” – Ərşad Hüseynov sürücülərə ÇAĞIRIŞ ETDİ - VİDEO

Ərşad Hüseynov 2 gün əvvəl Xəzər rayonu Buzovna qəsəbəsində baş verən qəza ilə bağlı öz sosial şəbəkə hesabında rəy bildirib.
Avtosfer.az xəbər verir ki, nəlqiyyat məsələləri üzrə mütəxəssis, hüquqşünas Ərşad Hüseynov qəzada dünyasını dəyişən “BMW”nin sürücüsü 35 yaşlı Aydın Nəcəfovun ailəsinə səbr diləyib. Hüquqşünas cəmiyyətə çağırış edərək bildirib ki, dərsə, öyrənməyə, özünü təkmilləşdirməyə marağımız yetərincə deyil:
“Amma hər kəs heç olmasa, belə faciələrdən dərs götürməlidir.
Bu gənc də yolda təhlükəli sürətin, daha dəqiqi təhlükəli sürətlə etmək istədiyi yanlış manevrin qurbanı oldu...
Təhlükəli sürət sadəcə radara düşməyə səbəb olan yüksək sürət deyil. Təhlükəli sürət həmin yerdəki hərəkət şəraitinə uyğun olmayan sürətdir. Təhlükəli sürət etmək istədiyin manevrə uyğun olmayan sürətdir. Təhlükəli sürət idarə etdiyin avtomobilə, öz peşəkarlığına uyğun olmayan sürətdir. Təhlükəli sürət başqalarına problem yaradan, başqalarına mane olan sürətdir və s.
Həyatda hər şeyin limiti (həddi) var: avtomobilin texniki imkanlarının və təhlükəsislik səviyyəsinin də, sürücü peşəkarlığının da, hərəkət sürətinin də, hətta insanın ömrünün də. Heç bir limiti aşmaq olmaz (və ya olmur).
Deməli, həyatımızdakı limitləri (o cümlədən sürət limitini) aşaraq heç vaxt qabağa düşmək də mümkün deyil. Özünüzü qoruyun. Başqalarına da hörmətlə yanaşın”.
Səfər
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












