Həbsdən yeni çıxan bloger güllələndi - FOTO

21 yaşlı braziliyalı bloqer Evelin Lima Dantas sentyabrın 16-da evinin qarşısında güllələnərək öldürülüb.
Avtosfer.az xəbər verir ki, hadisə sentyabrın 16-da səhər saatlarında baş verib.
Hadisə yerinə gələn polis əməkdaşları yaşayış massivində evin qarşısında güllə yaraları almış Dantasın meyitini aşkar ediblər.
Qızın yaxınlarının polisə verdiyi məlumata görə, iki kişi evə daxil olub, Evelini zorla küçəyə çıxarıb və ona bir neçə dəfə atəş açıblar.
Daha sonra hücum edən şəxslər divara “TCP” abreviaturasını yazaraq avtomobillə hadisə yerindən uzaqlaşıblar.
Bunun Braziliyada fəaliyyət göstərən “Terceiro Comando Puro” (“Saf Üçüncü Komandanlıq”) adlı cinayətkar qruplaşmanın adı olduğu ehtimal edilir.
Polisin məlumatına görə, qətldən əvvəl Dantas özü də istintaq altında olub.
O, iyul ayında yerli polis serjantının öldürülməsi ilə bağlı həbs edilib. Sentyabrın 9-da isə şərti olaraq vaxtından əvvəl azadlığa buraxılıb.
Hazırda müstəntiqlər bloqerin öldürülməsi ilə onun barəsində aparılmış əvvəlki cinayət işi arasında mümkün əlaqəni araşdırırlar./news24.az

Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO
Bakının əsas prospektlərindən birində işıqfor işləmir - VİDEO - YENİLƏNİB












