Hərəkətdə olan avtomobildə kabab bişirdilər; tənqid edildilər - VİDEO

Sosial şəbəkələrdə yayılan və Qəbələdə fəaliyyət göstərən "VIP House Qəbələ" restoranına aid olduğu bildirilən reklam çarxı geniş müzakirələrə səbəb olub.
Avtosfer.az xəbər verir ki, kadrlarda hərəkətdə olan avtomobilin içərisində manqal quraşdırıldığı, avtomobil hərəkət etdiyi halda kabab bişirildiyi, ön sərnişin oturacağında əyləşən şəxsin isə həm kabab hazırladığı, həm də içki qəbul etdiyi görünür. Daha sonra həmin görüntülər restoranın reklamı kimi sosial şəbəkə hesablarında paylaşılıb.
Paylaşım qısa müddətdə geniş auditoriyaya çataraq sosial şəbəkə istifadəçilərinin diqqətini cəlb edib. Görüntülər birmənalı qarşılanmayıb. Bir qisim istifadəçi bunu qeyri-adi reklam üsulu kimi qiymətləndirsə də, çoxsaylı şərhlərdə belə davranışın yol hərəkəti təhlükəsizliyi baxımından yolverilməz olduğu, təhlükəli vərdişləri təşviq etdiyi və digər sürücülər üçün də risk yaratdığı bildirilib.
Eltac Zülfüqaroğlu
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












