Hərəkətdə olan maşını soydular; film kimi OĞURLUQ

Misirdə magistral yolda baş verən oğurluq hadisəsi film səhnələrini xatırladıb. Pikapda olan şəxslər yüksək sürətlə hərəkət edən yük maşınının arxasına yaxınlaşaraq, bir neçə saniyə ərzində onun yük yerindəki əşyaları oğurlayıblar.
Avtosfer.az xəbər verir ki, hadisə başqa bir nəqliyyat vasitəsinin kamerası tərəfindən anbaan qeydə alınıb.
Görüntülərdə pikapın hərəkətdə olan yük maşınının arxasına və kor nöqtəsinə yaxınlaşdığı görünür. Pikapdakı şəxslər yük maşını ilə eyni sürətlə hərəkət edərək yük yerinə çıxıb, əşyaları götürərək öz avtomobillərinə atıblar.
Oğrular əməliyyatı cəmi bir neçə saniyə ərzində həyata keçiriblər. Yük maşınının sürücüsü isə baş verənlərdən xəbərsiz şəkildə yoluna davam edib.
Görüntülərin sosial mediada yayılmasından sonra hadisə böyük maraq doğurub.
Məlumata görə, təhlükəsizlik qüvvələri görüntülər əsasında hadisə ilə bağlı araşdırmaya başlayıb./qafqazinfo
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












