Heyvanı buynuzundan bağlayıb başıaşağı saxladı: “Onsuz da kəsiləcək” - VİDEO

Paytaxt ərazisində iribuynuzlu heyvana işgəncə verilməsi ilə bağlı görüntülər sosial şəbəkədə yayılıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl səhər saatlarında qeydə alınıb.
Kadrlardan göründüyü kimi, iribuynuzlu heyvan yol kənarındakı dəmir dirəyə buynuzundan kəndirlə bağlanıb. Heyvanın başı aşağı vəziyyətdə saxlanıldığı və demək olar ki, hərəkət edə bilmədiyi görünür. O, yol kənarındakı daşlıq ərazidə susuz və yemsiz halda qoyulub.
Ərazidən keçən vətəndaşlar heyvanın vəziyyətini görərək onu bu şəkildə saxlayan şəxsə etirazlarını bildiriblər. Qəssab olduğunu deyən şəxs isə heyvanın kəsiləcəyini bildirərək bu davranışına haqq qazandırmağa çalışıb.
Qeyd edək ki, heyvanın kəsiləcək olması onun kəsimədək ağrı, əzab və işgəncəyə məruz qoyulmasına əsas vermir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsinə əsasən, heyvanlarla rəhmsiz rəftar, o cümlədən onlara ağrı, əzab və işgəncə verilməsi inzibati məsuliyyət yaradır.
Bundan başqa, AQTA-nın tələblərinə əsasən, heyvanların kəsimi yalnız baytarlıq-sanitariya və qida təhlükəsizliyi tələblərinə cavab verən xüsusi kəsim məntəqələrində həyata keçirilməlidir.
Beləliklə, heyvanın sonradan kəsiləcək olması onu yol kənarında başıaşağı, hərəkətsiz, susuz və yemsiz vəziyyətdə saxlamağa hüquqi əsas vermir.
Nərmin
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO
Bakının əsas prospektlərindən birində işıqfor işləmir - VİDEO - YENİLƏNİB
Motosikletin qabağını qaldırıb sürən şəxs həbs edildi - VİDEO - FOTO
Yolu qaçaraq keçən piyadalar sürücüyə təhlükəli anlar yaşatdı - VİDEO
Hövsanda yolu keçən piyadaların qarşısına avtobus çıxır - VİDEO
Zooparkdan nadir heyvanlar oğurlandı
Gəncədə sürücülər motokuryerlərdən narazıdır; 10 gündə 3 qəza - VİDEO
Britaniyalı səyyah 28 il sonra evə qayıtdı – Azərbaycandan da keçib - FOTO
Kiberdələduzluq şəbəkəsinin “Call center”lərinə beynəlxalq zərbə - KMBİ-dən ƏMƏLİYYAT - FOTO - VİDEO












