Hökməli-Qobu yolundakı çuxurlar daşla nişanlanıb, sürücülər yolun kənarına çıxır - VİDEO

Hökməli–Qobu yolunun Bakı istiqamətində olan hissəsində asfalt örtüyünün yararsız vəziyyətə düşməsi sürücülərin narazılığına səbəb olub.
Avtosfer.az-ın məlumatına görə, ərazidən keçən sürücülərdən biri yolun vəziyyətini əks etdirən görüntüləri sosial şəbəkədə paylaşıb. Kadrlardan görünür ki, yolun hərəkət hissəsində asfalt örtüyü ciddi şəkildə deformasiyaya uğrayıb, dərin çuxurlar əmələ gəlib və həmin çuxurlara kanalizasiya suları dolub.
Bildirilib ki, sürücülər çuxurlardan yayınmaq üçün ya yolun kənarı ilə hərəkət edir, ya da əks istiqamətli yola çıxmaq məcburiyyətində qalırlar ki, bu da yol-nəqliyyat hadisəsi riskini artırır. Görüntülərdə təhlükəli ərazini digər hərəkət iştirakçılarına göstərmək məqsədilə çuxurların yerləşdiyi hissəyə daş qoyulduğu da müşahidə olunur.
Şikayətçinin sözlərinə görə, bu vəziyyət bəzi sürücülərin yolu davam etdirməsinə imkan vermədiyindən onlar geri qayıtmağa məcbur olurlar. İzləyici qeyd edib ki, dərin çuxurlar səbəbindən avtomobillərin alt hissəsi yol səthinə dəyir və nəqliyyat vasitələrinə maddi ziyan dəyir.
Sürücülər problemin qısa müddətdə aradan qaldırılmasını və yolun əsaslı təmir olunmasını istəyirlər.
Nərmin
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












