Hökməli yolunda təhlükəli anlar: Dayça magistral yola çıxdı - VİDEO

Abşeron rayonunun Hökməli qəsəbəsi istiqamətindəki avtomobil yolunda sürücülər üçün çətin və təhlükəli anlar yaşanıb. Buna səbəb qəfil magistral yola çıxan dayça (at balası) olub. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Videogörüntülərdən aydın olur ki, nəqliyyatın intensiv hərəkət etdiyi yola qaçan heyvan qəza şəraiti yaradıb. Sürücülər dayçanı vurmamaq üçün sürəti azaldaraq manevrlər etmək məcburiyyətində qalıblar. Hadisə zamanı hər hansı bədbəxt hadisə və ya yol-nəqliyyat qəzası qeydə alınmayıb. Sözügedən görüntülər sosial şəbəkə istifadəçiləri, xüsusilə də sürücülər tərəfindən ciddi müzakirə olunub. Sakinlər magistral yolların yaxınlığında heyvan saxlayan şəxsləri daha diqqətli olmağa və məsuliyyət daşımağa çağırıblar.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












