Hotelə bomba qoyulması barədə yalan məlumat verən şəxsə hökm oxunub

Bakının mərkəzində hotelə bomba qoyulması barədə yalan məlumat verməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Terror barədə yalan məlumat verməkdə təqsirləndirilən Cəmaləddin Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.
İttihamda qeyd olunub ki, Cəmaləddin Cəfərov bu il yanvarın 29-da taksafonla Daxili İşlər Nazirliyinin "102" telefon qaynar xəttinə zəng edərək "Sahil" metrostansiyası yaxınlığında olan hotelə partlayıcı maddə qoyulması barədə yalan məlumat verib.
O, ittiham üzrə təqsirli bilərək əməlindən peşman olduğunu deyib.
Prokuror onun 6 il 6 ay müddətə azadlıqdan məhrum edilməsini istəyib.
Hökmə əsasən, Cəmaləddin Cəfərov 5 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Cəmaləddin Cəfərov Cinayət Məcəlləsinin 216-cı (Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham olunur.
286 km/saat sürətdə təkər cırıldı, zərərçəkən olmadı - VİDEO
Bakıda Çin maşını ilə "avtoş"luq edən saxlanıldı
Muzeydən milyonlarla dəyəri olan nadir eksponat oğurlandı
Xırdalanda yolu qazıb yarımçıq qoydular – Sürücülər çətinlik çəkir - VİDEO
Maşınların arasından çıxan piyada qəzadan güclə qurtuldu - VİDEO
Psixoloq fəaliyyəti ilə bağlı AEM-dən mühüm açıqlama: Sənədlərə diqqət EDİN
Bakıda məktəbli öldürüldü: Sinif yoldaşı tutuldu
Abşeronda toyda kütləvi dava düşdü: Bir nəfər ölüm ayağındadır
Sükan arxasında sərxoş tutulan nazir həm avtomobilindən, həm də vəzifəsindən oldu
Bu ölkədə cərimə yol vergisindən daha səmərəlidir
Heyvanı buynuzundan bağlayıb başıaşağı saxladı: “Onsuz da kəsiləcək” - VİDEO












