Hüseyn Seyidov vaxtından əvvəl azadlığa buraxıldı

Səhiyyə Nazirliyinin "Respublika Psixiatriya Xəstəxanası" publik hüquqi şəxsin həbsdə olan sabiq şöbə müdiri Hüseyn Seyidov vaxtından əvvəl azadlığa buraxılması üçün məhkəməyə müraciət edib.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, məhkəmə müraciəti təmin edib. Hüseyn Seyidov çəkilməmiş 1 il 7 ay müddətinə azadlıqdan məhrumetmə cəzasından vaxtından əvvəl azad olunub.
Məhkəmə, həmçinin onun iki il müddətinə səhiyyə sahəsində müəyyən vəzifə tutmaq və müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrumetmə növündə əlavə cəzadan tamamilə azad edilməsi barədə qərar qəbul edib.
O, cəza çəkdiyi müəssisədən azadlığa buraxılıb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, sabiq şöbə müdiri 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə hökmü dəyişdirərək cəzanı azaldıb.
Hüseyn Seyidova qarşı Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci (təkrar törədildikdə rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Sonradan iki maddə üzrə cinayət təqibinə xitam verilib. Onun təqsiri yalnız Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə sübuta yetirilib.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












