Husilər Ər-Riyad aeroportunu vurdu - Uçuşlar dayandırıldı

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində yerləşən Kral Xalid adına Beynəlxalq Hava Limanı pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Yəmənin “Ənsar Allah” (husilər) hərəkatının sözçüsü Yəhya Saria “Telegram”da məlumat yayıb.
Dronlar və ballistik raketlə həyata keçirilən hücumlardan sonra hava limanında uçuşların dayandırıldığı bildirilir.
Sarianın sözlərinə görə, husilər həmçinin Səudiyyə Ərəbistanının Cizan şəhərində və Əsir dairəsində yerləşən bir sıra hərbi bazalara zərbələr endiriblər. Hücumlar nəticəsində Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinin zabit və əsgərləri daxil olmaqla onlarla şəxsin xəsarət aldığı iddia edilir.
Daha əvvəl isə Xamis-Müşeyt aviabazası və Abha hava limanı da husilərin hücumuna məruz qalıb.
Xatırladaq ki, sentyabrın əvvəlindən etibarən Səudiyyə Ərəbistanının dəstəklədiyi Yəmənin hökumət qüvvələri ilə “Ənsar Allah” hərəkatının döyüşçüləri arasında aktiv hərbi əməliyyatlar başlayıb.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












