İbtidai məktəbə silahlı hücum - 3 şagird və 1 müəllim öldürüldü - Bu ölkədə

ABŞ-nin Oreqon ştatının Bend şəhərində yerləşən “Silver Rail” ibtidai məktəbində dəhşətli silahlı hücum baş verib.
Avtosfer.az xəbər verir ki, insident nəticəsində 5, 8 və 11 yaşlarında olan üç şagird, eləcə də, bir müəllim həlak olub.
Hadisə zamanı 7 yaşlı bir uşaq və digər bir müəllim isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, məktəbin bağlı qapılarını sındıraraq içəri daxil olan şübhəlinin 16 yaşlı yeniyetmə olduğu müəyyən edilib.
Bend şəhərinin polis rəisi Mayk Krantz keçirdiyi mətbuat konfransında bildirib ki, hücumçu məktəbə daxil olarkən onu izləyən silahlı məhəllə sakini tərəfindən vurularaq öldürülüb. Oreqon qubernatoru Tina Kotek hadisəyə anında müdaxilə edərək daha böyük faciənin qarşısını alan həmin şəxsə qəhrəmanlığına görə təşəkkürünü bildirib./qafqazinfo
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












