İcra başçısı sakinlərə uduzdu

Xaçmaz Rayon Məhkəməsində Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynovun xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə prosesi yekunlaşıb.
Avtosfer.az xəbər verir ki, hakim Samir Bayramovun sədrliyi ilə keçirilən prosesdə icra başçısının şikayəti əsassız hesab edilərək təmin olunmayıb.
İcra başçısının şikayət etdiyi şəxslər Şabran rayonunun Uzunboyad kənd sakinləri Səbirə Vəliyeva və onun oğlu Vüsal Muradov olub. Asif Hüseynov onların Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə təqsirli bilinməsini istəyirdi.
Mübahisənin əsasında isə 2022-ci ildə baş verdiyi bildirilən 15 ton toxumluq arpa alqı-satqısı dayanır. Vüsal Muradov mətbuata açıqlamasında bildirib ki, anası Səbirə Vəliyeva ümumi dəyəri 10 min 500 manat olan 15 ton toxumluq arpanı rayon icra başçısına nisyə satıb, lakin 3 ildən artıq vaxt keçməsinə baxmayaraq, pulunu ala bilməyib.
Zərərçəkən tərəfin israrlı şikayətlərindən sonra Asif Hüseynov Muradovlara qarşı xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib. İşə Xaçmaz Rayon Məhkəməsindı baxılıb. Məhkəmə Asif Hüseynovun xüsusi ittiham şikayətini təmin etməyib.
Beləliklə, Xaçmaz Rayon Məhkəməsinin son qərarı ilə Şabran rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynovun 10 min 500 manatlıq arpa pulu borcu ilə bağlı səsləndirilən iddialara görə kənd sakinlərinin cinayət məsuliyyətinə cəlb olunması tələbi təmin edilməyib. Bu qərar xüsusi ittiham qaydasında aparılan prosesə yekun vurub. (Demokrat.az)
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO
Zabratda bu yolda çalalardan qaçmaq mümkünsüzdür – ŞİKAYƏT - VİDEO
Çuxura düşən avtomobilə dəyən zərəri kim qarşılamalıdır? - VİDEO
DİN direktorun maşınının yandırılması ilə bağlı daha bir şəxsi həbs etdi - VİDEO












