"İdrak” liseyində güllələnən müəllim həmin şagirdi bağışladı

"İdrak” liseyində müəlliminə odlu silahla ağır xəsarət yetirməkdə ittiham olunan şagirdin cinayət işi üzrə tərəflər arasında barışıq əldə olunub.
Avtosfer.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, zərərçəkmiş müəllim şagirdini bağışlayıb. Barışığı təsdiq edən rəsmi sənəd artıq istintaq orqanına təqdim edilib.
Bundan başqa, şagirdlə bağlı psixoloji ekspertiza rəyinin nəticələri də açıqlanıb. Həkim rəyinə əsasən, Ə.Ş-də anlaqlılığı istisna etməyən psixi pozuntu müəyyən edilib.
Bu o deməkdir ki, şəxsdə müəyyən dərəcədə psixi problemlər var. Amma o, törətdiyi əməli dərk edir, davranışlarını idarə etmək qabiliyyətindədir. Hazırki rəyə əsasən, şəxs cinayət məsuliyyətindən azad edilmir, lakin bu hal gələcəkdə cəza təyin edilərkən yüngülləşdirici amil kimi nəzərə alına bilər.
Prokuror yekun ittiham aktını təsdiqlədikdən sonra iş baxılması üçün məhkəməyə göndəriləcək.
Qeyd edək ki, hadisə bu ilin fevralında Bakıda yerləşən “İdrak” liseyində baş verib. İttihama görə, 10-cu sinif şagirdi Ə.Ş. atasına məxsus ov tüfəngi ilə təhsil aldığı liseyə gələrək 29 yaşlı riyaziyyat müəllimi Şəhla Kamilovanı güllələyib.
Şagird Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd maddəsi ilə ittiham olunur. Təqsiri sübuta yetiriləcəyi halda 18 yaşı tamam olmadığı üçün 10 ilədək azadlıqdan məhrum edilə bilər.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












