İki Azərbaycan vətəndaşında külli miqdarda narkotik aşkarlanıb

Gürcüstanın Batumi şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən iki Azərbaycan vətəndaşı saxlanılıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Məlumata görə, onlara 1995-ci il təvəllüdlü A. A. və 1994-cü il təvəllüdlü S. Z. müxtəlif vaxtlarda narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanılması ittihamı irəli sürülüb.
Təqsirləndirilən şəxslərin müvəqqəti yaşayış yerinə baxış keçirilib və satış məqsədilə hazırlanmış külli miqdarda narkotik vasitə və psixotrop maddələr aşkar edilib.
Bundan əlavə, hüquq-mühafizə orqanları narkotiklərin qablaşdırılması və paylanması üçün istifadə olunan müxtəlif materiallar da aşkarlayıb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260 və 261-ci maddələrinin 3-cü hissəsinin "A" bəndi ilə istintaq aparılır. Sözügedən maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












