İnternetdə nifrət yayanlara qarşı genişmiqyaslı əməliyyat: 140 cinayət işi başlanıb

Almaniyanın bütün ərazisində internetdə nifrət xarakterli və təhrikedici paylaşımlara qarşı genişmiqyaslı əməliyyatlar keçirilib. Avtosfer.az "AZƏRTAC"a istinadla xəbər verir ki, ölkənin 16 federal əyalətinin hər birində keçirilən reydlər zamanı sosial şəbəkələrdə siyasi motivli cinayət tərkibli materiallar yayan şəxslər hədəfə alınıb. Federal Cinayət Polisi İdarəsinin (BKA) yaydığı məlumata görə, tədbirlər Almaniya üzrə başlanmış təxminən 140 cinayət işi əsasında aparılıb.
Əməliyyatlar zamanı bir sıra mənzillərdə axtarış aparılıb, şübhəli şəxslər polis idarələrinə çağırılıb, mobil telefon və digər elektron daşıyıcılardan sübutlar götürülüb. Araşdırmalar siyasi motivli cinayətlərin bütün istiqamətlərini əhatə edir. Halların təxminən yarısının sağ radikal spektrlə bağlı olduğu bildirilsə də, solçu, eləcə də dini və xarici ideoloji zəminli faktlar da qeydə alınıb.
BKA-nın məlumatına əsasən, şübhəlilər barəsində irəli sürülən ittihamlar arasında xalqı nifrətə təhrik etmə, konstitusiyaya zidd və terrorçu təşkilatların rəmzlərindən istifadə, cinayətləri açıq şəkildə bəyənmə və təhqir halları yer alır. Prokurorluq təkcə Hessen əyalətində 10 nəfərin məsuliyyətə cəlb olunduğunu açıqlayıb.
Hüquq-mühafizə orqanları vətəndaşları internetdə qanunsuz məzmunlarla bağlı məlumat verməyə çağıraraq, bu cür paylaşımların radikallaşma və zorakılığa zəmin yarada biləcəyini qeyd ediblər.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












