İnterpol və 13 ölkədən birgə əməliyyat: 200-dən çox haker saxlanılıb

İnterpol Yaxın Şərq və Şimali Afrika regionunda kibercinayətkarlığa qarşı genişmiqyaslı regional əməliyyat keçirdiyini açıqlayıb.
Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, "Ramz” adlı əməliyyat çərçivəsində 13 ölkənin hüquq-mühafizə orqanları 201 nəfəri saxlayıb və daha 382 şübhəlini müəyyən edib. Bu barədə təşkilatın rəsmi saytında məlumat verilib.
Əməliyyat 2025-ci ilin oktyabrından 2026-cı ilin fevralına qədər davam edib və MENA regionunda İnterpol tərəfindən indiyədək koordinasiya edilən ən böyük kiberəməliyyat hesab olunur.
Kampaniyanın əsas məqsədi fişinq sxemləri, zərərli proqramların yayılması və regionun iqtisadiyyatı ilə infrastrukturuna ziyan vuran müxtəlif kiberdələduzluq formalarına qarşı mübarizə olub.
Nəticədə hüquq-mühafizə orqanları təxminən 3,9 min potensial kibercinayət qurbanını müəyyən edib və qanunsuz fəaliyyətlərdə istifadə olunan 53 serveri müsadirə edib.
Əməliyyatda Əlcəzair, Bəhreyn, Misir, İraq, İordaniya, Livan, Liviya, Mərakeş, Oman, Fələstin, Qətər, Tunis və Birləşmiş Ərəb Əmirliklərinin güc strukturları iştirak edib. İnterpol həmçinin zərərli infrastrukturun aşkarlanması və şübhəli fəaliyyətlərin izlənməsi üçün "Kaspersky” də daxil olmaqla texnologiya şirkətləri ilə əməkdaşlıq edib.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












