İran Hörmüz boğazında Qətərin ticarət gəmisinə atəş açıb - YENİLƏNİB

Qətər dövlətinə aid olan "Al-Raqayat" tankeri ABŞ Hərbi Dəniz Qüvvələrinin müşayiəti ilə Hörmüz boğazından keçməyə cəhd göstərərkən hücuma məruz qalıb.
Avtosfer.az xəbər verir ki, bu barədə özəl mənbələrə istinadən IRIB dövlət teleradio şirkəti məlumat yayıb.
Bildirilib ki, sözügedən gəmi bir neçə dəfə edilən xəbərdarlıqlara məhəl qoymadığı üçün ona atəş açılıb.
Bundan əvvəl Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları üzrə Koordinasiya Mərkəzi (UKMTO) Oman sahillərindən 8 kilometr şərq istiqamətində bir tankerin vurulduğunu və nəticədə yanğın başladığını açıqlamışdı. UKMTO-dan verilən xəbərdə gəmi heyətinin heç bir zərər görmədiyi vurğulanıb.
***
Vaşinqton İranın iyulun 6-da Hörmüz boğazında yerləşən ticarət gəmilərinə ən azı iki raket atdığını ehtimal edir.
Avtosfer.az xəbər verir ki, bu barədə ABŞ administrasiyasındakı mənbələrə istinadən "Axios" portalı məlumat yayıb.
Nəşrin məlumatına əsasən, hücumlar Hörmüz boğazında zərbələrin dayandırılmasını nəzərdə tutan ABŞ və İran arasındakı bir həftəlik razılaşmanın müddəti bitdikdən sonra həyata keçirilib. Bildirilib ki, bu hadisə Vaşinqtonla Tehran arasındakı anlaşma memorandumunu təhlükə altına salır. Portal qeyd edir ki, ABŞ-nin İrandakı hədəflərə zərbələr endirərək cavab verməsi ehtimal olunur.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İranla müharibəyə başlayıb. İyun ayında isə Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal dayandırılmasını özündə əks etdirən anlaşma memorandumu imzalayıblar. Daha sonra İsveçrənin Bürgenstok kurortunda Doha və İslamabadın vasitəçiliyi ilə ABŞ və İran arasında memorandumun icrasına dair danışıqlar aparılıb. Birinci raundun yekunlarına dair Pakistan və Qətərin birgə bəyanatında vurğulanıb ki, İran və ABŞ nümayəndələrinin iştirakı ilə keçirilən görüş müsbət və konstruktiv şəraitdə baş tutub, ümidverici irəliləyiş əldə olunub və gələcək texniki məsləhətləşmələrin aparılması üçün müvafiq zəmin yaradılıb.
Bu ölkədə DƏHŞƏT: Tanınmış sima maşınında GÜLLƏLƏNDİ - FOTO
Təcili yardıma yol verməyən sürücünün görüntüləri yayıldı; cəzalandırıldı - VİDEO
Xətai bələdiyyəsinin sədri bıçaqlandı - Ofisant işləyən şəxs həbs edildi
Evə pəncərədən girib minlərlə dollar oğurladı; SAXLANILDI - FOTO
Bakı-Sumqayıt yolunda avtobus yanıb - AÇIQLAMA - VİDEO
Qayınata gəlinini narahat edən şəxsi "BMW" ilə əzib öldürdü - YENİLƏNİB
Bakıda təhlükəli olay: Azyaşlı binanın damında velosiped sürdü - VİDEO
Yerin üstündə matəm, altında toy-bayram - VİDEO
Diqqəti telefonda qalan sürücü qəza törətdi – 2 nəfər öldü - FOTO
"Arzum"un səhhəti pisləşdi
Tikilməkdə olan yol və körpünü su basdı, iş dayandı - VİDEO










