İsrailə uçan təyyarədə bomba həyəcanı

ABŞ-nin “Delta” aviaşirkətinin Nyu-Yorkdan Təl-Əvivə uçuş həyata keçirən təyyarəsində partlayıcı qurğu yerləşdirilməsi ilə bağlı xəbər yayılıb.
Avtosfer.az “The Jerusalem Post” nəşrinə istinadən xəbər verir ki, anonim şəxsin bu barədə məlumat verməsindən sonra təyyarədə yoxlama aparılıb.
Belə ki, məlumat daxil olduqdan sonra təyyarə Ben-Qurion hava limanının kənar uçuş-enmə zolağına yönləndirilib və təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən yoxlama aparılıb.
Terminala təxliyə edilən sərnişinlər üçün heç bir təhlükənin olmadığı bildirilir. İlkin məlumata görə, partlayış təhlükəsi ilə bağlı xəbər öz təsdiqini tapmayıb.
Xatırladaq ki, sentyabrın 30-u səhər saatlarında BƏƏ-dən İsrailə uçan 174 nəfərlik “Flydubai” laynerində ikinci pilot birinci pilota balta ilə hücum edib. Sərnişinlər və digər pilot sayəsində təyyarə Səudiyyə Ərəbistanında təcili eniş edə bilib. İsrail tərəfi bu hadisəni rəsmən terror aktına cəhd kimi qiymətləndirib. Faktla bağlı araşdırma davam etdirilir.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












