İstanbulda DƏHŞƏT: 12 yaşlı azərbaycanlı güllələndi - TƏFƏRRÜAT

İstanbulun Küçükçekmece rayonunun Halkalı bölgəsində silahlı qarşıdurma zamanı 12 yaşlı azərbaycanlı uşaq yaralanıb.
Avtosfer.az xəbər verir ki, hadisə sentyabrın 6-da, bazar günü axşam saatlarında baş verib.
İki nəfər arasında başlayan mübahisənin silahlı davaya çevrildiyi bildirilir. Tərəflərin atışması zamanı güllələrdən biri hadisə ilə heç bir əlaqəsi olmayan, dostları ilə futbol oynayan 12 yaşlı Abbas Məmiyevin topuğuna dəyib.
Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadaları yaralı uşağa ilkin tibbi yardım göstərdikdən sonra onu xəstəxanaya çatdırıb. Abbas əməliyyat olunub və topuğundakı güllə çıxarılıb. Onun vəziyyətinin stabil olduğu və həyatı üçün təhlükə olmadığı bildirilib.
Məlumata görə, azərbaycanlı ailənin övladı olan Abbas hadisədən cəmi iki həftə əvvəl futbol məktəbinə yazılıbmış. Futbola böyük marağı olan uşağın aldığı xəsarət onun futbol arzularını yarımçıq qoyub.
Abbasın atası Əflatun Məmiyev hadisə zamanı evdə olduqlarını bildirib:
“Evdə oturmuşduq. Uşağım dostları ilə 10 dəqiqə futbol oynamağa çölə çıxmışdı. Bizə zəng edib dedilər ki, oğlunuza güllə dəyib. Dərhal hadisə yerinə qaçdıq. Güllə uşağımıza da dəyib. Dabanından güllə yarası alıb. Təcili tibbi yardım qrupları gəlib uşağımı xəstəxanaya apardılar. Əməliyyat edib gülləni çıxardılar. Hazırda vəziyyəti sabitdir və onun evə buraxılmasını gözləyirik”.
Ata oğlunun hadisə zamanı heç bir tərəflə əlaqəsinin olmadığını və təsadüfi şəkildə güllənin hədəfinə çevrildiyini deyib:
“Uşağım orada dayanarkən heç bir səbəb olmadan qəfildən güllələnib. Dostları ilə oynamaq üçün çölə çıxmışdı. Allaha şükür ki, ayağına dəyib. Başqa yerə dəysəydi, daha pis ola bilərdi”.
Əflatun Məmiyev hadisə ilə bağlı polisə şikayət etdiklərini də bildirib. Onun sözlərinə görə, atəş açan şəxslərin kimliyi hələlik müəyyən edilməyib:
“Onlardan heç biri bizə müraciət etməyib. Kim olduqlarını, onu kimin vurduğunu bilmirik. Onu kimin vurduğu bəlli deyil. Şikayət ərizəsi təqdim etdik. Əlbəttə ki, onların cəzalandırılmasını istəyirik. Bizim üçün ən vacib olan uşağımın sağlamlığının yaxşı olmasıdır”.
Ata hadisənin Abbasda ciddi qorxu yaratdığını da qeyd edib:
“Eşitdik ki, həmin şəxslər bizimlə eyni məhəllədə, bir-iki küçə aralıda yaşayırlar. Əlbəttə ki, qorxuruq, uşağımız üçün narahatıq. Uşağım indi çölə çıxmaqdan çox qorxur. Xəstəxanadan çıxdıqdan sonra vaxtaşırı müayinə üçün xəstəxanaya gedəcəyik”.
Əflatun Məmiyev oğlunun futbol məktəbinə hadisədən cəmi iki həftə əvvəl yazıldığını və bu hadisənin onun futbol arzularına ağır zərbə vurduğunu bildirib:
“Uşağım iki həftə əvvəl futbol məktəbinə yazıldı. Bu hadisə səbəbindən futbol karyerası başlamazdan əvvəl başa çatdı. Bu vəziyyət məni çox kədərləndirir”./nocomment.az
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












