İsti havada avtomobildə qalan uşağı yoldan keçən qadın xilas etdi - Fransada valideyn səhlənkarlığı

Fransada yoldan keçən qadın çimərlik yaxınlığında avtomobilin içində kilidli vəziyyətdə qalmış iki yaşlı körpəni xilas etməyi bacarıb.
Avtosfer.az-ın Oxu.az-a istinadən verdiyi məlumata görə, hadisə Marseldə baş verib.
Havanın hərarəti 40 dərəcəyə yüksəldiyi vaxt, qadın birbaşa günəş şüalarının altında park edilmiş maşının içində uşağı görüb. O, körpənin səhhətinin ağırlaşmasına imkan vermədən avtomobilin şüşəsini qıraraq dərhal xilasetmə xidmətinə müraciət edib.
Məlumata görə, valideynlər əşyaları götürmək məqsədilə növbə ilə çimərlikdən gediblər və hər ikisi uşağın digərinin yanında olduğunu zənn edib. Onlar körpənin nəqliyyat vasitəsində tənha qaldığını anladıqdan sonra dərhal geriyə qayıdıblar.
Bildirilir ki, azyaşlı tibbi yoxlanışdan keçirilmək üçün təcili yardım mərkəzinə yerləşdirilib, hazırda onun səhhəti qənaətbəxş hesab olunur. Hüquq-mühafizə orqanlarının əməkdaşları valideynlərlə izahat işi aparıblar. Onlara qarşı hansı hüquqi tədbirin görüləcəyi hələlik məlum deyil.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












