İngiltərədə qatarda kütləvi bıçaqlanma - Yaralılar var

İngiltərədə qatarda baş verən bıçaqlanma hadisəsində 11 nəfər xəstəxanaya yerləşdirilib, 2 nəfər saxlanılıb.
Avtosfer.az xəbər verir ki, Böyük Britaniyanın Kembricşir qraflığında qatarda baş verən kütləvi bıçaqlanma hadisəsi ilə bağlı, ümumilikdə, 11 nəfər xəstəxanaya yerləşdirilib. Yaralılardan iki nəfərin vəziyyəti həyati təhlükəlidir, dörd nəfər isə artıq evə buraxılıb.
Böyük Britaniya Nəqliyyat Polisi hadisə ilə bağlı Hantinqdon stansiyasında mətbuat konfransı keçirib. Bildirilib ki, hadisə barədə “qaynar xətt”ə zəng daxil olduqdan cəmi səkkiz dəqiqə sonra iki nəfər polis tərəfindən saxlanılıb. Onların 32 yaşlı qaradərili britaniyalı və 35 yaşlı Karib mənşəli britaniyalı kişi olduqları açıqlanıb.
Hər iki şəxs Böyük Britaniyada anadan olub və qəsdən adam öldürməyə cəhd ittihamı ilə saxlanılıblar. Hadisənin terror aktı olduğuna dair heç bir dəlil yoxdur. İstintaq davam edir.(unikal)
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












