İş adamı tiktokerə zərər vurduğunu açıqladı - "Beniz"in məhkəməsi

Tanınmış tiktoker, "Beniz" ləqəbli Aybəniz Xəlilovanın cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib. Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən iclasda vəkilin vəsatəti əsasında Türkiyədə müalicə alan zərərçəkən Xalid Kərimovun videokonfransla prosesə qoşulması təmin edilib.
Zərərçəkən sərbəst ifadəsi zamanı deyib:
"Beniz"lə yaxın münasibətim olub, aramızdakı müəyyən söz-söhbətə görə mənə qarşı ifadə işlətmişdi. Onu qorxutmaq məqsədilə ondan polisə şikayət etdim ki, işlətdiyi ifadəyə görə peşman olsun. Vəkil Nüşabə Ağayevanın vasitəsilə bu iş Suraxanı Rayon Polis İdarəsinə verildi".
Zərərçəkən, həmçinin vurğulayıb ki, Aybəniz Xəlilova ona hər hansı bir zərər vurmayıb, əksinə, özünün təqsirləndirilənə müəyyən zərərlər vurduğunu deyib.
Aybəniz Xəlilovanın vəkili müvəkkilinin ev dustaqlığına buraxılması ilə bağlı yenidən məhkəməyə vəsatət təqdim edib.
Müşavirədən sonra vəsatət təmin edilməyib. Növbəti proses sentyabrın 30-na təyin edilib.
Qeyd edək ki, "Beniz" ləqəbli tiktoker barəsində sevgili olduğu X.Kərimov Suraxanı Rayon Polis İdarəsinə şikayət edib və hüquq-mühafizə orqanı tiktoker barəsində şikayətçinin təqdim etdiyi sübutları əsas götürərək Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə) maddələri ilə cinayət işi başladıb. Şikayətçi ərizəsində göstərib ki, Aybəniz Xəlilova ondan hissə-hissə olmaqla 836 min manat pul tələb edib. Onun barəsində Suraxanı Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO












