"Kayu" Tədris və İnkişaf Mərkəzində azyaşlıya işgəncə verilib? - FOTO

"Kayu" Tədris və İnkişaf Mərkəzində azyaşlıya qarşı şiddət göstərildiyi iddia olunur.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, bu barədə uşağın atası Elnur Əliyev sosial şəbəkədə paylaşım edib.
O bildirib ki, 2 yaş 2 aylıq övladı sözügedən mərkəzdən evə göyərmiş vəziyyətdə qayıdır:
"Oğlum "Kayu" uşaq bağçası sayəsində "danışmağa" başladı. İlk sözü də "bolnıy sadik" oldu. Oğlum dil açdı, əli ilə alnını göstərib "bolnıy sadik" dedi. Bilmədim sevinim, yoxsa əsəbiləşim.
Hər dəfə bədəni göyərmiş halda uşağı evə gətirəndə bağçadan deyirdilər ki, narahat olmayın, yıxılıb. Bir dəfə "poposunda" çimdik izləri görəndə artıq şübhələndim. 2-3 saat bağçada kameraya baxsaq da, yıxılma anını tapa bilmədik. Narazılıq edəndə də deyirdilər ki, xoşunuz gəlmir, çıxarın. Bağça evə yaxın olduğu üçün dəyişmək istəmirdim deyə, yenə göz yumdum. Bir gün uşağın gözünü partlatdılar, bir ay sifətinin göyü çəkilmədi. Uşağın gah ayağı, gah əli göyərirdi. 3 ay yayı ora qoymadım. Dünən tətilindən sonra ilk gün yenə "Kayu"ya apardım. Axşam uşağı götürəndə gördüm ki, bu dəfə də uşağın alnı gömgöydür və şişib. Soruşuram ki, bu nədir, ilk gündən yenə uşağın alnı göyərib? "Artıq sizdən şikayət edəcəm" dedim. Və o məşhur sözü dedilər: "Gedin, hara istəyirsiz, şikayət edin". Ən dəhşətlisi isə evə gələndə üzə çıxdı, uşaq boynuna qədər nəcis içində idi. Səhər evdən çıxanda geyindirdiyimiz pampersi 7 saat ərzində bir dəfə də olsun dəyişməyiblər, uşağı sidik və nəcis içində saxlayıblar. Zəng edib deyirəm ki, sizi Elm və Təhsil Nazirliyinə şikayət edəcəm, belə bağça olmaz, lisenziyanız ləğv olunmalıdır. Gülə-gülə deyir ki, "Allah köməyiniz olsun, hara istəyirsiz şikayət edin".
Sözügedən iddia ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
.png)
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO
Zabratda bu yolda çalalardan qaçmaq mümkünsüzdür – ŞİKAYƏT - VİDEO
Çuxura düşən avtomobilə dəyən zərəri kim qarşılamalıdır? - VİDEO
DİN direktorun maşınının yandırılması ilə bağlı daha bir şəxsi həbs etdi - VİDEO












