Kəlbəcərdə qaz partlayışı olub, 4 nəfər xəsarət alıb

Kəlbəcərdə qaz partlayışı olub. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb. Hadisə nəticəsində 4 nəfər yanıq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib. Hadisənin təfərrüatları ilə bağlı hələ ki, heç nə məlum deyil.
***
Kəlbəcərdə yanıq xəsarətləri alanların adları məlum olub. Xəsarət alanlar Yevlax rayon sakini 2001-ci il təvəllüdlü E. Ələkbərov, Gəncə şəhər sakini 1983-cü il təvəllüdlü N. Şükürov, Bakı şəhər sakini 1977-ci il təvəllüdlü K.Əzimov və Samux rayon sakini 1991-ci il təvəllüdlü M. Sadıqzadədir. Məlumata görə xəsarət alanlar ustadırlar və onlar Kəlbəcərdə yeni tikilən binalara qaz çəkən zaman partlayış olub. Faktla bağlı araşdırma aparılır.
***
Kəlbəcər şəhərinin 1-ci yaşayış məhəlləsində mənzillərdən birində qaz təchizatının yoxlanışı zamanı partlayış olub. Kəlbəcər rayonunun Bərpa,Tikinti və İdarəetmə Xidmətindən bildirilib ki, hadisə zamanı heç bir dağıntı və ya yanğın baş verməyib. Yoxlanışı həyata keçirən 3 məsul şəxs və mənzil sahibi yüngül xəsarət alıb. Yaralılara dərhal tibbi yardım göstərilib, həyatları üçün hər hansı təhlükə yoxdur. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO












