Kibercinayətkarlıqda ittiham olunan şəxsə hökm oxunub

Azərbaycanda kibercinayətkarlıqda ittiham olunaraq həbs edilən Vaysero Aleksandr Vladimiroviçın məhkəmə prosesi keçirilib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsə cəza istəyib. O, Aleksandr Vayseronun 5 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. Məhkəmədə hökm oxunub. Hökmə əsasən, A.Vaysero 4 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Aleksandr Vaysero Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkatlıqla Mübarizə Baş İdarəsi tərəfindən tutularaq istintaqa cəlb edilib. İttihama görə, o, tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxslə birgə cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırıb. O, ölkə hüdudlarından kənarda yaradılmış və qanunsuz fəaliyyət göstərən mərc, qumar saytlarından daxil olmuş pul vasatlarinin həqiqi mənbəyini gizlədərək, həmin pul vəsaitlərini müxtəlif şəxslərin adına olan bank kartlarına hissə-hissə olmaqla köçürməklə ümumilikdə 727 min manatdan çox pulu leqallaşdırıb. A.Vayseroya Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə qazanılmış əmlakı leqallaşdırma) maddəsi ilə yekun ittiham verilib.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












