Kiçik təyyarə qəzaya uğrayıb

Fransanın İzer departamentinin Vif kommunasında qəzaya uğramış turist təyyarəsinin qalıqları tapılıb.
Avtosfer.az xəbər verir ki, kiçik təyyarə Qrenobl yaxınlığındakı Versud aerodromundan bir nəfərlə havaya qalxıb. İzer prefekturası mətbuata açıqlamada bildirib ki, təyyarənin qalıqları, eləcə də cəsəd tapılıb, ancaq cəsədin kimliyi hələ müəyyən edilməyib.
“Təyyarə çərşənbə günü günortadan sonra Versud helikopter bazasından havaya qalxıb və günün sonuna qədər geri qayıtmalı idi. Təyyarə geri qayıtmadığı üçün cümə axşamı səhər saat 9:30-da xəbərdarlıq edilib”,- deyə prefektura izah edib.
“ICI Isere” radiosunun məlumatına görə, təyyarədə tək olan pilot həmin gün Fransanın cənubuna gediş-gəliş etməyi planlaşdırıb. Bildirilib ki, meşəlik ərazidə Vif kommunasının yüksəkliklərində təyyarə qalıqlarının olması barədə təcili yardım xidmətlərinə xəbərdarlıq edilib.
Prefektura qeyd edir ki, insidentin səbəblərini müəyyənləşdirmək üçün istintaq başlayıb və araşdırmalar davam edir.
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB












