Körpü dağıldı, kənd iki yerə bölündü: "Balalarımı su aparıb" - VİDEO

Martın 29-da yağan leysan yağışlar Quba rayonu ərazisində bir sıra ciddi fəsadlara səbəb olub. Rayonun Xanəgah kəndində Cağacıq çayında yaranan sel suları körpünü yararsız vəziyyətə salıb. Nəticədə kəndin bir hissəsi ilə əlaqə tamamilə kəsilib.
Avtosfer.az xəbər verir ki, kənd sakinlərindən biri baş verən faciəni Baku TV-yə belə ifadə edib:
"Mənim balalarımı su aparıb - bir qız, bir oğlan. Bu hadisə mənim başıma gəlib, arzulamıram ki, başqa bir ana da bunu yaşasın. Bizə körpü lazımdır".
Digər sakin isə bildirib:
"Bu, ilk dəfə deyil. İki məktəbli uşaq faciəli şəkildə sel sularına düşərək həyatını itirib. Xahiş edirik ki, aidiyyəti qurumlar bizi nəzərə alsın. Belə olmaz. Heç olmasa, o tərəfdə də keçid qoyulmalıdır ki, su rahat axıb keçsin. Bu su buraya sığmır. Avtomobil yolu tamamilə bağlanıb".
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












