"Kotanlı” MTK-nın sakinləri mənzillərinə çıxarış ala bilmirlər - VİDEO

Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən “Kotanlı” MTK-da yaşayan 160 ailə 8 ildir mənzillərinə çıxarış ala bilmirlər.
Avtosfer.az xəbər verir ki, sakinlər bildirirlər ki, illərdir aidiyyəti dövlət qurumlarına müraciət etsələr də, problem həllini tapmayıb.
Onların sözlərinə görə, çıxarışın olmaması yalnız hüquqi sənəd məsələsi ilə məhdudlaşmır. Sakinlər qeydiyyat problemi, kommunal xidmətlərdə çətinliklər, işıq, su və liftlə bağlı fasilələr kimi bir sıra sosial-məişət problemləri ilə də üzləşirlər. Mənzillərinə qeydiyyata düşə bilməmələri isə əlavə narahatlıq yaradır.
“Kotanlı” MTK-nın komendantı Akif Haqverdiyev bildirib ki, sənədlər uzun müddətdir hazır vəziyyətdədir, lakin Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən icazə verilmədiyi üçün çıxarışlar təqdim edilmir.
“Kotanlı” MTK-nın rəhbəri Xanlar Quliyev isə deyib ki, problemin əsas səbəbi torpaq sahəsinin təyinatı ilə bağlıdır. Onun sözlərinə görə, bina inşa olunan torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq kimi qeydiyyata alındığından çıxarışların verilməsi mümkün olmur.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirildi ki, mövcud vəziyyətdə həmin binalara çıxarış verilməsi mümkünsüz hesab edilir. Səbəb isə torpaq sahəsinin 2018-ci ildə tikinti üçün deyil, əkin sahəsi kimi qeydiyyata alınmasıdır. Odur ki, ilk növbədə, torpaq sahəsinin təyinatı dəyişdirilməlidir. Sənədlər elektron formada təqdim olunduqdan sonra məsələyə baxılır və təyinatın dəyişdirilməsi üçün Nazirlər Kabinetinə göndərilir. Müsbət rəy alındığı halda isə binalara çıxarış verilməsi mümkün ola bilər.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












