Külli miqdarda mənimsəmədə təqsirləndirilən notarius həbs edilib - FOTO

Sabunçu rayonunda yerləşən 4 saylı notariat ofisinin xüsusi notariusu, külli miqdarda mənimsəmədə təqsirləndirilən Səbuhi Əliyevin cinayət işi üzrə məhkəmə başlayıb.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Məlum olub ki, istintaqın bir ildən çox getməsinə baxmayaraq, təqsirləndirilən heç bir ödəniş etməyib. Bu səbəbə görə, məhkəmə onun barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsinə qərar verib.
Səbuhi Əliyev məhkəmə zalında həbs edilib.
Cinayət işi məhkəmə baxışına verilib və baxış iclası avqustun 6-na təyin edilib.
Qeyd edək ki, Ədliyyə Nazirliyində aparılan daxili araşdırma nəticəsində Səbuhi Əliyevin külli miqdarda vəsaiti mənimsəməsinə əsaslı şübhələr yarandığından, barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin ilkin araşdırması ilə müəyyən edilib ki, Səbuhi Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda vəsaiti mənimsəyib.
Səbuhi Əliyevə Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 313-cü ( Vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan olunub. Onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO













