Kürdə batan 17 yaşlı qız Azərbaycan çempionu imiş - FOTO - YENİLƏNİB

Samuxda 17 yaşlı qızın suda boğulmasının bəzi təfərrüatı məlum olub.
Avtosfer.az APA-ya istinadən bildirir ki, suda batan 2009-cu il təvəllüdlü Gülnaz Məmmədova Kür çayına ailəsi ilə birlikdə istirahətə gedibmiş.
Qızın nənəsi Gülnaz Məmmədovanın sözlərinə görə, hadisə nəvələri suda çiməndə baş verib:
"Gözümüz baxa-baxa nəvəm suda birdən yoxa çıxdı. Oğlum, digər nəvəm dalınca getdilər, tapa bilmədilər. Keçən dəfə də gəlmişdik. Həmişə üzürdü. Gülnaz elə bilib ki, qardaşı boğulur, onun dalınca suya girmişdi".
Nənəsi onu da bildirib ki, nəvəsi idmançı idi, bir neçə yarışın qalibi olub.
O, Gülnazın bu il 11-ci sinfi bitirdiyini də deyib.
Qeyd edək ki, Samux təmsilçisi Gülnaz Məmmədova kikboksinq idman növü ilə məşğul olub.
Sonuncu dəfə Gəncədə keçirilən kikboksinq üzrə XXX Azərbaycan birinciliyində qızıl medal qazanıb.
***09:41
Samux rayonu, Yenikənd kəndində kanalda batan şəxsin meyiti tapılıb.
Bu barədə Avtosfer.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən 2009-cu il təvəllüdlü Gülnaz Elçin qızı Məmmədovanın meyiti tapılıb.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












