Kürdəmirdə su borusu partladı: Altı kənd susuz qaldı
Hadisə
12 İyul 2026 23:11

Kürdəmirdə magistral su boru xətti partlayıb, rayon mərkəzi və altı kənd susuz qalıb.
Avtosfer.az "Report"a istinadla xəbər verir ki, hadisə Külüllü-Kürdəmir magistral su xəttinin 31-ci km-də, rayonun Qaraqocalı kəndi ərazisində qeydə alınıb.
Belə ki, diametri 500 mm olan boru partlayıb.
Qəza yerinə Kürdəmir su və meliorasiya sistemlərinin istismarı idarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Qəzanın aradan qaldırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir.
Xatırladaq ki, magistral su boru xətti bundan əvvəl martın 27-də partlayıb.
Külüllü-Kürdəmir magistral su xətti 2013-cü ildə dövlət vəsaiti hesabına inşa olunub və rayonun ümumilikdə 21 min sakinini içməli su ilə təmin edir.
Oxunub : 496
DİGƏR XƏBƏRLƏR
22 Oktyabr 2026 18:36
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
22 Oktyabr 2026 16:11
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
22 Oktyabr 2026 13:23
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
22 Oktyabr 2026 13:11
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
22 Oktyabr 2026 11:18
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
21 Oktyabr 2026 17:30
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
21 Oktyabr 2026 12:06
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
20 Oktyabr 2026 18:50
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
20 Oktyabr 2026 18:25
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
20 Oktyabr 2026 13:48
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
20 Oktyabr 2026 13:30
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO
19 Oktyabr 2026 18:00
Zabratda bu yolda çalalardan qaçmaq mümkünsüzdür – ŞİKAYƏT - VİDEO
ŞƏRH YAZ












