Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - VİDEO

Kürdəmir rayonunda toy mərasimində kütləvi zəhərlənmə hadisəsi baş verib.
Avtosfer.az Baku TV-yə istinadən xəbər verir ki, hadisə rayon ərazisində yerləşən "Günəş" şadlıq sarayında qeydə alınıb.
Şadlıq sarayının nəzarətçisi Elxan Əliyev bildirib ki, mərasimdə təqdim olunan yeməklərdən həm qonaqlar, həm də əməkdaşlar yeyib:
"Məhsulları toy sahibi özü gətirmişdi, biz də bişirib qonaqlara vermişik. Həmin yeməklərdən işçilər də yeyib. Bizdə heç bir problem olmayıb. Zəhərlənənlər deyir, su içib belə olmuşuq. Amma səbəbi dəqiq bilmirik".
Hadisə ilə bağlı əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Zəhərlənmənin səbəbləri araşdırılır.
***09:53
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Kürdəmir rayonunda yerləşən "Günəş" şadlıq sarayında keçirilən toy mərasimində baş verən kütləvi zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparır.
Bu barədə Avtosfer.az-a AQTA-dan məlumat verilib.
Bildirilib ki, ilkin məlumata əsasən, hadisənin baş verdiyi şadlıq sarayı icarəyə götürülüb və qida məhsulları toy sahibi tərəfindən hazırlanaraq istehlaka təqdim edilib. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində agentlik tərəfindən müvafiq tədbirlər görülür.
Agentliyin məlumatında ölkə ərazisində son zamanlar baş verən kütləvi zəhərlənmə hadisələri toy, nişan və digər kütləvi məclislər üçün ev şəraitində qida məhsullarının hazırlanması və saxlanması zamanı temperatur rejiminə, şəxsi gigiyena qaydalarına və digər qida təhlükəsizliyi tələblərinə tam riayət olunmamasının qida zəhərlənmələri riskini artırdığı diqqətə çatdırılıb.
Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumatın veriləcəyi bildirilib.
***
Kürdəmirdə toyda zəhərlənən şəxslərin sayı 91 nəfərə çatıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, müraciət edənlərdən 23-ü uşaqdır.
Müraciət edənlərə ilkin tibbi yardım olunub, evə buraxılıblar.
Faktla bağlı araşdırmalar aparılır.
***
Kürdəmirdə toy mərasimində zəhərlənənlərin sayı 50 nəfəri keçib.
Avtosfer.az "Report"a istinadən bildirir ki, onlardan 7-si azyaşlıdır.
Qeyd edək ki, hadisə ötən gün şəhər ərazisində yerləşən "Günəş" şadlıq sarayında qeydə alınıb.
Zərərçəkənlər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Fakt araşdırılır.
***
Kürdəmirdə toy mərasimində kütləvi zəhərlənmə baş verib.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun şəhər ərazisində yerləşən "Günəş" şadlıq sarayında qeydə alınıb.
Məlumata görə, toy mərasimində iştirak edən 13 nəfər qidadan zəhərlənib.
Zərərçəkənlər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Onların vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












