Lalə Azərtaşın komandasına balta ilə hücum edən şəxs SAXLANILDI - VİDEO - YENİLƏNİB

"Ötən gün səhər saatlarında "Xəzər" televiziyasının çəkiliş qrupuna qarşı zor tətbiq edən, eləcə də televiziyaya məxsus avadanlığı yararsız vəziyyətə salan kənd sakini Elqan Bəşirov müəyyən edilərək saxlanılıb".
Bu məlumat Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilib.
Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanıb, araşdırmalar aparılır.
***
"Aparıcı Lalə Azərtaşın çəkiliş qrupunun Kürdəmirdə hücuma məruz qalması ilə bağlı araşdırmalar aparılır".
Bu məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov açıqlamasında verib.
"Kürdəmir Rayon Polis Şöbəsində müvafiq araşdırma aparılır. Araşdırmaların nəticəsi barədə əlavə məlumat veriləcək", - deyə açıqlamada bildirilir.
(oxu.az)
***
Aparıcı Lalə Azərtaş çəkiliş üçün yollandığı Kürdəmirdə hücuma məruz qalıb.
Avtosfer.az xəbər verir ki, aparıcı 15 yaşlı qızın ailə qurması xəbərini eşidərək, Kürdəmirə ailənin evinə yollanıb.
Çəkiliş zamanı Lalə Azərtaşa və Xəzər TV əməkdaşlarına balta ilə hücum edilib. Nəticədə, operatorun kamerası qırılıb.
Həmin görüntüləri təqdim edirik:
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO
Bakının əsas prospektlərindən birində işıqfor işləmir - VİDEO - YENİLƏNİB
Motosikletin qabağını qaldırıb sürən şəxs həbs edildi - VİDEO - FOTO
Yolu qaçaraq keçən piyadalar sürücüyə təhlükəli anlar yaşatdı - VİDEO












