Lənkəranda eyni həyətdə üçüncü dəfə yanğın baş verdi - FOTO

Lənkəranda eyni həyətdə üçüncü dəfə yanğın baş verib.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında rayonun Şağlaser kəndində qeydə alınıb. Elçin Əliyevə məxsus tövlədə yanğın başlayıb.
Ev sahibinin sözlərinə görə, tövlədə 7 min bağlama ot, həmçinin toyuq-cücələr və ördəklər olub.
"Bir dəfə evimi yandırdılar, indi də ikinci dəfə tövləmi yandırıblar. Bunu kimin və nə üçün etdiyini bilmirəm", - deyə Elçin Əliyev bildirib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Lənkəran Yanğından Mühafizə Hissəsinin iki texnikası və canlı qüvvəsi cəlb olunub. Görülən operativ tədbirlər nəticəsində yanğın lokallaşdırılıb.
Alovun tam söndürülməsi və digər tikililərə keçməsinin qarşısının alınması istiqamətində işlər davam etdirilir.
Yanğının qəsdən törədilib-törədilmədiyi, eləcə də hadisənin başvermə səbəbi araşdırılır.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO















