Lənkəranın 5 kəndinə dolu düşdü - FOTO - YENİLƏNİB

Lənkəranda doludan sonra güclü külək və yağış yağıb. Sakinlərə xeyli ziyan dəyib.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu gün səhər saat 9 radələrindən başlayaraq Lənkəran rayonunun kəndlərinə dolu yağıb. Təxminən 4-5 dəqiqə davam edən dolu əsasən Separadi, Tükəvilə, Zövlə, Şağlaser, Boladi kəndləri, Nərimanabad qəsəbəsi və Liman şəhərində müşahidə olunub.
Doludan sonra əraziyə intensiv yağış yağıb, güclü külək əsib.
Güclü külək əsasən rayonun Zövlə kəndinə xeyli ziyan vurub. 15 yaxın irigövdəli ağaclar aşaraq yola düşüb. Yol 1 saata yaxın bağlı qalıb. Əraziyə gətirilən ağır texnikaların köməyi ilə ağaclar yoldan götürülüb və hərəkət bərpa olunub. Aşan ağaclar eləcə də kəndin elektrik təsərrüfatına, internet və qaz xətlərinə də ziyan vurub. Hazırda kənd işıqsız qalıb.
Qeyd edək ki, rayonda yağış dayanıb. Günəşli hava müşahidə olunur.
***10:24
Lənkəranda qeyri-sabit hava şəraiti müşahidə olunur.
Avtosfer.az xəbər verir ki, bir sıra yaşayış məntəqələrinə dolu düşüb, daha sonra intensiv yağış yağıb.
Belə ki, saat 09:00 radələrindən başlayaraq Separadi, Tükəvilə, Zövlə, Şağlaser və Boladi kəndlərində, eləcə də Liman şəhərində dolu müşahidə olunub.
Hazırda bölgədə yağışlı və küləkli hava şəraiti davam edir./qafqazinfo

Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












