Mağazalar və bankomatlar darmadağın edildi, avtomobillər yandırıldı - VİDEO

Fransanın paytaxtı Parisdə kütləvi etiraz aksiyaları axşama doğru daha da şiddətlənərək iğtişaşlara çevrilib.
Avtosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, şəhərin mərkəzində vəziyyət tamamilə nəzarətdən çıxıb.
Agentlik yazır ki, etirazçılar Madjenta bulvarında mağazaların vitrinlərini və bankomatları darmadağın etməyə başlayıblar.
Məlumata görə, aksiyaçılar ictimai nəqliyyat dayanacaqlarını, zibil qutularını və küçədə saxlanılan avtomobilləri yandırmağa başlayıblar. Toqquşmalar hələ yürüş başlamazdan əvvəl, Respublika meydanında start götürüb. Nümayişçilər hüquq-mühafizə orqanlarının əməkdaşlarına şüşə butulkalar, daşlar və yandırıcı maddələr atıblar. Buna cavab olaraq təhlükəsizlik qüvvələri gözyaşardıcı qaz və səs qumbaralarından tətbiq edib.
Xatırladaq ki, Fransada kütləvi etirazlar yanacağın kəskin bahalaşması və əhalinin alıcılıq qabiliyyətinin düşməsinə qarşı keçirilir. Analoji sərt toqquşmalar Lion və digər böyük şəhərlərdə də qeydə alınıb.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












